İQTİSADİYYAT


Mərkəzi Bank uçot dərəcəsini dəyişməyib

Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin dəyişməz saxlanılması barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə mayın 1-də keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
O bildirib ki, uçot dərəcəsi 7,25 faiz səviyyəsində saxlanılıb. Faiz dəhlizinin yuxarı həddi isə 9 faizdən 8 faizə endirilib.