İQTİSADİYYAT


Füzuli kümçüləri 50 tondan çox yaş barama istehsal etməyi qarşıya məqsəd qoyublar

Ötən il baramadan yaxşı gəlir əldə edən Füzuli kümçüləri bu il daha çox ipəkqurdu bəsləyəcəklər. Hədəf 50 tondan çox yaş barama tədarük etməkdir.
AZƏRTAC xəbər verir ki, rayon kümçüləri ipəkqurdu bəsləməyə başlayıblar. Füzuli rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Hüseyn Abbasov bildirir ki, bu mövsüm kümçülərə 1250 qutu ipəkqurdu toxumu paylanılıb.