İQTİSADİYYAT


Nərimanov rayonunda 9,15 kilometrlik küçə və yollar təmir olunur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində həyata keçirilən yol infrastrukturu layihələri çərçivəsində Nərimanov rayonu ərazisində genişmiqyaslı işlər aparılır. 2020-ci ilin investisiya proqramına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlər Agentliyi tərəfindən rayon ərazisində təmirə ehtiyacı olan daha 9,15 kilometr uzunluğa malik küçə və yollarda təmir işlərinə başlanılıb.