İQTİSADİYYAT


Lənkəranda mövsümün ilk yaşıl çay yarpağının yığımına başlanılıb

Lənkəranda iri təsərrüfatlardan olan “Yaşıl çay” fermer təsərrüfatında mövsümün ilk yaşıl çay yarpağının yığımına başlanılıb. Yığımı yüksək keyfiyyətlə və optimal müddətdə başa vurmaq üçün təsərrüfatın çaybecərənləri plantasiyalara cəlb olunublar.
AZƏRTAC xəbər verir ki, İstisu qəsəbəsində yerləşən ümumi sahəsi 70 hektar olan təsərrüfatda “Azərbaycan-2” adlanan premium keyfiyyətli çay yığılır. Azərbaycanda ən yüksək keyfiyyətə malik olan bu yerli çayın yarpağının dəriminə sübh tezdən başlanılır. Bu il havaların bir qədər yağıntılı keçməsi çay yığımını qismən gecikdirib. Buna baxmayaraq, may ayında sahələrdən bol məhsul toplanacağı proqnozlaşdırılır.