Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sürücülərdə virusa yoluxma halı aşkarlanmayıb

04.05.2020 [17:41]

Bakı şəhərində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan avtobus sürücüləri arasında koronavirusa yoluxma faktı qeydə alınmayıb. AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 4-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli deyib.