CƏMİYYƏT


Qusar rayonunun Qullar avtomobil yolu yenidən qurulur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı çərçivəsində agentlik tərəfindən Qusar rayonunda 5,2 kilometr uzunluğunda avtomobil yolunun yenidən qurulması işləri yüksək keyfiyyətlə davam etdirilir. Tikinti layihəsinə uyğun olaraq, yol yatağı buldozerlə kəsilərək profilə salınır, yararsız torpaq yatağı qazılaraq çıxarılır, daha onra əks-dolğu aparılaraq yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi işləri görülməklə yol yatağı inşa olunur. Bunun ardınca optimal-qırmadaş qarışığı ilə əsasın alt layı, qum-çınqıl qarışığından isə əsasın üst layı tikilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır