CƏMİYYƏT


Azərbaycanda daha 76 nəfər COVID-19-a yoluxub, 28 nəfər sağalıb

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib. O əlavə edib ki, yoluxmaların qarşısının alınması üçün ən əsas tədbir karantin tədbirlərinə əməl etməkdir. Bu gün təəssüf ki, 76 yeni yoluxma qeydə alınıb, 28 nəfər sağalaraq evə göndərilib. İndiyədək 26 nəfər dünyasını dəyişib. Hazırda 526 nəfər xəstəxanada müalicə edilir. Onların 21-nin vəziyyəti ağır hesab olunur.