CƏMİYYƏT


Yaqut Qarayeva: Karantin rejimi yenidən sərtləşdirilə bilər

AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahının mətbuat konfransında deyib. Y.Qarayeva əlavə edib ki, ölkədə yeni yoluxma halları həm Bakıda, həm də regionlarda müşahidə edilib. Onun sözlərinə görə, yumşaldılma tədbirlərinin tətbiq edildiyi ərazilərdə də yoluxma sayı artarsa, karantin tədbirləri yenidən sərtləşdirilə bilər.