İQTİSADİYYAT


Əmircan və Hövsan qəsəbələrində 17,9 kilometr yol təmir edilir

Suraxanı rayonunda 31,6 kilometr yol təmir olunub, daha 17,9 kilometr yolun təmiri aparılır. Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar edilən, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılıb. Bunlar Telman Nərimanov, 14 iyul, B.Məmmədkərim, Vahid Xəlilov, Göl, H.B Zərdabi, Yuxarı və Aşağı mədən küçələri, həmçinin gölətrafı yol, həmçinin I və II köndələn küçələridir. Bundan başqa sadalanan küçə və yollara birləşən 20-dək dalan, döngə və yollarda da təmir işləri görülüb.