CƏMİYYƏT


Azərbaycanda koronavirusa yoluxma sayı yenidən artıb

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib. Onun sözlərinə görə, bu say artımı karantin rejiminin yumşaldılması ilə bağlıdır. Əvvəl insanlar fərdi qoruyucu vasitələrdən istifadəyə üstünlük verirdilərsə, vətəndaşlar artıq maskalardan istifadə etmir, sosial məsafəni qorumurlar. Əvvəl küçədə 10 nəfərdən 4-5 nəfərində maska görmək olurdusa, son günlərdə 1-2 nəfərdə belə maska görmək çətin olur.