Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdamda 3 cəbhəyanı kəndin yolunun yenidən qurulması yekunlaşır

07.05.2020 [18:04]

Xəbərin mətni

Ağdam rayonunda cari ildə 3 cəbhəyanı kəndi birləşdirən yolun əsaslı şəkildə bərpası istiqamətdə işlər yekunlaşmaq üzrədir. Söhbət IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan və uzunluğu 15 kilometr olan yerli əhəmiyyətli Səfərli-Zəngişalı-Hacılar avtomobil yolundan gedir.