İQTİSADİYYAT


Kənd Təsərrüfatı naziri İnam Kərimov Bərdə və Tərtərdə əkin sahələrinə baxış keçirib

Kənd Təsərrüfatı naziri İnam Kərimov Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Ucar rayonunda yerləşən Şirvan Təcrübə Stansiyasının əkin sahəsində Çin texnologiyası əsasında pambıq əkini sahəsinə baxış keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 18 hektar sahədə əkinin aparılması üçün torpaqbecərmə işləri Çin Xalq Respublikasından gətirilmiş diskli maladan istifadə edilərək həyata keçirilib. Çiyid səpini Çin texnologiyası ilə hazırlanan səpin aqreqatı ilə aparılıb. Ötən il olduğu kimi, bu il də Çin texnologiyası əsasında becərilən pambıq sahələrində yüksək məhsuldarlıq gözlənilir.