İQTİSADİYYAT


Tovuzda kök yığımına başlanılıb

Tovuzda Kür çayıətrafı sahələrdən kök yığımına başlanılıb. Rayonun Hunanlar kəndində kütləvi becərilən bitki yüksək məhsuldarlığı ilə seçilir.
AZƏRTAC xəbər verir ki, Hunanlar kəndinin sakinləri kökü əl əməyi ilə, sahəyə su buraxıldıqdan sonra toplayırlar. Belə olanda kökü çıxarmaq daha asan olur. Lakin iş bununla bitmir. Torpaqdan çıxarılan zaman palçıqlı olan məhsul sakinlərin düzəltdiyi xüsusi yerlərdə yüksəktəzyiqli su şırnaqları ilə yaxşıca yuyulur, təmizləndikdən sonra qablaşdırılır və satışa hazır vəziyyətə gətirilir.