İQTİSADİYYAT


Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üzrə fransız şirkətlərinin verə biləcəyi mümkün töhfələr müzakirə olunub

Mayın 12-də Azərbaycan Fransa Ticarət və Sənaye Palatası (CCIAF), “MEDEF International”, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı və Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov ilə “MEDEF International”ın icraçı direktoru Filip Qotyenin həmsədrliyi ilə onlayn görüş keçirilib.