CƏMİYYƏT


Mərkəzi Bankın sədri: 48 min kredit üzrə restrukturizasiya üçün müraciət olunub

Mayın 7-nə 549 milyon manat məbləğində 48 min kredit üzrə restrukturizasiya üçün müraciət olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov mayın 13-də keçirdiyi mətbuat konfransında bildirib.
E.Rüstəmov deyib: “Müraciətlərin 91 faizi biznes, 4 faizi ipoteka kreditləri ilə bağlıdır. Müraciətlərin məbləğinin 37 faizi üzrə 200 milyon manatdan çox vəsait restrukturizasiya edilib. İstehlak kreditləri üçün isə 35 milyon manat məbləğində kreditlər üzrə müraciətlər daxil olub və onların 29 faizi icra olunub”.

Embed code:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır