İQTİSADİYYAT


Fransa telekanalında Azərbaycanın qlobal böhranları müsbət idarə etməsindən danışılıb

Fransanın “BFM TV” telekanalı vasitəsilə yayımlanan “Inside” verilişində Azərbaycanda iqtisadi vəziyyət və COVID-19 epidemiyasının, eləcə də neft böhranının iqtisadiyyata təsirləri və nəticələri barədə məlumat verilib.
AZƏRTAC xəbər verir ki, verilişdə Fransanın “SUEZ” şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru, Fransa Xarici Ticarət Şurasının Cənubi Qafqaz üzrə prezidenti Alən Karbonel danışıb. Ölkəmizdə innovativ layihələrdə iştirak etdiklərini bildirən A.Karbonel karbohidrogen məhsullarının qiymətinin kəskin aşağı düşməsinə baxmayaraq, Azərbaycanın neft böhranına müqavimətinin güclü olduğunu deyib.