İQTİSADİYYAT


Kənd Təsərrüfatı naziri Xaçmaz və Qubada əkin sahələri və meyvə bağlarına baxış keçirib

Mayın 14-də Kənd Təsərrüfatı naziri İnam Kərimov Xaçmaz və Qubada əkin sahələri və meyvə bağlarına baxış keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nazir əvvəlcə Xaçmaz rayonunda yeni salınmış intensiv meyvə bağında olub. Bildirilib ki, albalı, armud, şaftalı, gilas meyvələrinin əkildiyi müasir tipli bağın sahəsi 24 hektardan artırılaraq 76 hektara çatdırılıb. Damcı üsulu ilə suvarılan bu bağlarda işlər tam mexanikləşdirilib. Plastik borulara vurulan su avtomatik olaraq ağaclara verilir. Bu isə öz növbəsində həm vaxt itkisini, həm də su məsrəfinin qarşısını alır.