İQTİSADİYYAT


Tərtərdə 10 cəbhəyanı kəndi birləşdirən yolun yenidən qurulması davam edir

Tərtər rayonunda cari ildə 10 cəbhəyanı kəndi birləşdirən yolun əsaslı şəkildə bərpası istiqamətdə dövlət başçısının tapşırıq və sərəncamına əsasən, yenidən qurulması yüksək keyfiyyətlə və sürətlə davam etdirilir. Bu IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan və uzunluğu 33.5 km olan yerli əhəmiyyətli Səhləbad-Əskipara-Qaraağacı-Yuxarı Qaradağlı-Qapanlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Təzəkənd-Hüsənli avtomobil yoludur.