İQTİSADİYYAT


Paytaxtın girişində aparılan tikinti işləri yekunlaşmaq üzrədir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, yenidənqurma işləri Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “20 Yanvar” – “Masazır” dairələri arasında yerləşən hissəsində hər iki istiqamət üzrə aparılaraq yekunlaşdırılır.
İşlər çərçivəsində “20 Yanvar dairəsi” ətrafında yaranan sıxlığın aradan qaldırılmasına nail olmaq üçün “20 Yanvar” metro stansiyanın “Azərsu” ASC-nin inzibati binasının qarşısındakı çıxışının istiqaməti dəyişdirilərək yolun hərəkət hissəsi 10 metrə qədər genişləndirilib. Nəticədə əlavə hərəkət zolağı yaradılıb və “Moskva” prospektindən daim sağa hərəkət təmin edilib. Bundan başqa “20 Yanvar dairəsi”nin ölçüləri hər bir istiqamət üzrə 8-10 metr kiçildilərək oval formaya salınıb, dairəyə gələn və çıxan yollarda da genişləndirmə işləri aparılıb.