İQTİSADİYYAT


Pomidorun qiyməti düşür - İstixanalarda bol məhsul var

Son illər Salyanda istixana şəraitində yetişdirilən xiyar-pomidor və digər bitkilərin əkininə maraq artıb. Dövlətin yaratdığı əlverişli şəraitdən yararlanan salyanlı fermerlər bu il daxili və xarici bazarlara tonlarla məhsul çıxarmaqla, ölkəmizə daha çox valyuta gətirmək niyyətindədirlər. Rayonda demək olar ki, daha çox ailə təsərrüfatları hesabına 500-ə yaxın istixana mövcuddur.