CƏMİYYƏT


Xaçmazda 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, yenidən qurulan avtomobil yolunun ümumi uzunluğu 35,9 kilometr təşkil edir. Yol bir-neçə istiqamət üzrə yenidən qurulub. Bu, yolun 20,5 kilometr uzunluğa malik Xaçmaz-Əbilyataq və 7,7 kilometr olan Qarğalıq kənd hissələridir, həmçinin 7 kəndin - Qaraçı, Gülalan, Cığatay, Qarabağlı, Ağçay, İlxıçı və Niyazoba kəndlərinin giriş yollarıdır. Giriş yollarının da ümumi uzunluğu 7,7 kilometrdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır