İQTİSADİYYAT


Biləsuvarda bostan məhsulları bol olacaq

Muğan düzündə bostan məhsullarının istehsalına maraq artıb. Tezyetişən yerli və xarici qarpız sortlarından istifadə edən biləsuvarlı fermerlər ötən il bostan məhsullarından 135 sentner məhsuldarlıq əldə ediblər.
AZƏRTAC xəbər verir ki, biləsuvarlı fermerlər faraş əkinlərin ardınca aralıq əkinlərə də üstünlük verirlər. Bununla da təsərrüfatçılar həm ikiqat gəlir qazanır, həm də növbəli əkinlə torpağın münbitləşdirilməsini təmin edirlər.