İQTİSADİYYAT


Qubanın Mirzəqışlaq kəndinin yoluna asfalt döşənib

Qubanın Mirzəqışlaq kəndinin yolu əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mirzəqışlaq kəndinə yeni avtomobil yolunun çəkilməsi ilə yaşayış məntəqəsində yaşayan 800-ə yaxın əhalinin Qubanın rayon mərkəzinə rahat və maneəsiz gediş-gəlişi təmin olunub.