İQTİSADİYYAT


“SOCAR”dan koronavirusla bağlı sosial çarx

“SOCAR” koronavirusa qarşı Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində məlumatlandırıcı “Gücümüz birliyimizdədir!” başlıqlı sosial çarxını təqdim edib.
AZƏRTAC xəbər verir ki, “SOCAR”ın rəsmi YouTube səhifəsində yayınlanan animasiya filmindəki obrazların gerçək həyatdan götürülmədiyi, müəllif təxəyyülünün məhsulu olduğu bildirilir:
"Karantin qaydaları yumşaldılsa da xəstəlik aktual olaraq qalır. Pandemiyanın qarşısını almaq üçün ən asan yol qaydalara əməl etməkdir. Özümüzü qorumaqla ailəmizi və ətrafımızı qorumuş oluruq. Çünki, biz birlikdə güclüyük!"