İQTİSADİYYAT


Elman Rüstəmov: Yay aylarında inflyasiyanın bir qədər də azalacağına ümid edirik

Hazırda Azərbaycanda illik inflyasiya 3 faiz təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov iyunun 1-də keçirdiyi mətbuat konfransında deyib.
E.Rüstəmov bildirib: “Yay aylarında inflyasiyanın bir qədər də azalacağına ümid edirik”.