Xaçmazlı sahibkarlar gilas bağlarında məhsul yığımına başlayıblar
03.06.2020 [13:25]
Xəbərin mətni
Xaçmazlı sahibkarlar may ayının son günlərindən etibarən gilas bağlarında məhsul yığımına başlayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təsərrüfatçılar gilasın bir kiloqramını keyfiyyətindən asılı olaraq yerində 2-2,5 manata satırlar. Yığılan məhsul yerli və paytaxt bazarlarında satışa çıxarılır.