Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zərdabda Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yolu yenidən qurulur

05.06.2020 [12:21]

Xəbərin mətni

Zərdab rayonunda 7 kilometr uzunluğunda yerli əhəmiyyətli avtomobil yolunun yenidən qurulması işləri yüksək sürətlə davam etdirilir. Bu, Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 32-ci kilometrindən ayrılan və 7 kilometr uzunluğa malik Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yoludur.