İQTİSADİYYAT


Akkord Korporasiyası Özbəkistan Respublikasında yeni yol layihəsinin icrasına başladı

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC Özbəkistan Respublikasında İslam İnkişaf Bankının (İİB)  maliyyələşdirdiyi M-39 Taşkent-Termez yolunun 1395-1400 və 1410-1426 km hissəsinin rekonstruksiyasının icrasına başladı.
İkinci hissənin dəyəri 33 mln dollardır. Uzunluğu 21 km olan 1-ci kateqoriyalı yol layihəsinin sifarişçisi Özbəkistan Respublikası Yol Fondudur.
Məlumat üçün bildiririk ki, yuxarıda adı qeyd olunan yol  layihəsi bu il ərzində Korporasiyaının Özbəkistan Respublikasında icrasına başladığı ikinci beynəlxalq layihədir.