İQTİSADİYYAT


Cəlilabadlı fermerlər Rusiya bazarlarına 350 tona yaxın çiyələk göndəriblər

Cəlilabadda ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsal həcmi ilbəil artırılır. Rayonda rəqabətqabiliyyətli, alıcı zövqünü oxşayan sahələrdən biri də çiyələkçilikdir. Mövsüm başlayandan bu günədək fermerlər 350 tona yaxın məhsulu Rusiya bazarlarına göndəriblər.
AZƏRTAC xəbər verir ki, xüsusi karantin rejimi ilə əlaqədar izolyasiya tədbirlərinə riayət edən təsərrüfat sahiblərinin becərdikləri məhsulu yerli bazarla yanaşı, xaricə də çıxarmaq imkanları var. Bu günədək istehsal olunan 3950 ton keyfiyyətli məhsulun 350 tondan çoxu Rusiya bazarlarına çıxarılıb. Mütəxəssislərin hesablamalarına görə, fermerlər indiyədək çiyələk istehsalından 6 milyon manata yaxın qazanc əldə ediblər.