İQTİSADİYYAT


“Azərişıq” Bərdənin Mehdili kəndində yenidənqurma işləri görür

“Azərişıq” ASC Bərdənin Mehdili kəndində əsaslı şəkildə yenidənqurma işləri aparır.
ASC-dən AZƏRTAC-a bildirilib ki, 320 abonenti olan kənddə yenidənqurma işlərinə başlanılıb. Uzun zaman istismar müddətini keçmiş, köhnə şəbəkənin yenidən qurulması zərurəti yaranmışdı. Kənddə elektrik enerji sistemini yenidən qurmaq məqsədilə dayaqlar, elektrik veriliş xətləri yenilənir, komplekt transformator məntəqələri quraşdırılır. İşlər başa çatdıq sonra istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunacaq, elektrik enerjisi itkilərinin qarşısı alınacaq.