İQTİSADİYYAT


Biləcəri qəsəbəsinin Asəf Zeynallı küçəsi əsaslı təmir edilib

Paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsinin ərazisindəki Asəf Zeynallı küçəsində yenidənqurma işləri yekunlaşıb.
Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün agentlik tərəfindən ümumi uzunluğu 2,5 kilometr, eni isə 12 metr olan yolda yenidənqurma və bərpa işləri həyata keçirilib. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Asfaltlanma işləri ümumilikdə 30 min kvadratmetrdən çox sahəni əhatə edib.