İQTİSADİYYAT


Saatlıda buğda biçininə başlanılıb - zəmilərdə bol məhsul var

Rayonda artıq arpa sahələri ilə yanaşı, buğda biçininə də başlanılıb. Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ağa Əsədov bildirib ki, rayon üzrə 22986 hektar sahədə taxıl becərilib. Sahələrdə bol məhsul var. Zəmilərin 17731 hektarını buğda, 5254 hektarını isə arpa təşkil edir.