CƏMİYYƏT


Şimal regionunun əsas taxılçılıq rayonlarından olan Xaçmazda biçin kampaniyasına başlanılıb

Şimal regionunun əsas taxılçılıq rayonlarından sayılan Xaçmazda biçin kampaniyasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumilikdə, rayon üzrə 500 hektar ərazidə arpa biçini yekunlaşıb.
Xaçmazlı təsərrüfatçılar taxılın builki məhsuldarlığının qənaətbəxş olduğunu bildirirlər. Fermerlər əsasən yerli iqlim şəraitinə uyğun taxıl sortlarını becərməyə üstünlük verirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır