Fransadan gətirilən arpa sortlarında yüksək məhsuldarlıq əldə olunub
16.06.2020 [12:30]
Xəbərin mətni
Xaçmazda Fransadan gətirilərək əkilmiş arpa sortlarında yüksək məhsuldarlıq qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yüksək məhsuldarlığına və sərt hava şəraitinə uyğunlaşmasına görə seçilən xarici sortlar ilkin olaraq Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Ortaq Müəssisəsinin sahəsində əkilib. 100 hektar sahədə yumşaq buğdanın iki və arpanın bir sortunun sınaq əkini həyata keçirilib.