CƏMİYYƏT


Hacıqabul-Muğan avtomobil yolu yenidən qurulur

Hacıqabul rayonu ərazisindəki Hacıqabul–Muğan avtomobil yolunda yenidənqurma işləri yekunlaşmaq üzrədir.
Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 11,5 kilometr olan yolun 6,4 kilometrlik hissəsi III texniki dərəcəli, 5,1 kilometrlik hissəsi isə şəhərdaxili yoldur. Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə atmosfer sularının axıdılması üçün 720 poqonmetr uzunluğunda borular quraşdırılıb və 40 suqəbuledici barmaqlıqlar qoyulub. Bundan başqa, yolboyu piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə, mövcud piyada səkiləri bərpa olunub, kənarlarına 1600 poqonmetr yeni səki daşları düzülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır