İQTİSADİYYAT


Kümçülər baramaçılıqdan yüksək gəlir əldə edirlər

İmişli rayonunda barama tədarükü davam edir. Ötən illər ərzində baramaçılıq sahəsində təcrübə toplayan rayon sakinləri bu il də yüksək qazanc əldə edirlər. Belə kümçülərdən biri də rayonun Göbəktala kənd sakini Ələddin Abbasovdur.
AZƏRTAC xəbər verir ki, Ələddin Abbasov dörd ildir bu işlə məşğuldur. Baramadan yaxşı gəlir götürən kümçü bu il 90 qram ipəkqurdu toxumu bəsləyib. Hədəfi isə 240 kiloqram yaş barama təhvil verməkdir.