Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZAL Naxçıvana müntəzəm aviareysləri bərpa edir

18.06.2020 [15:23]

Xəbərin mətni

Koronavirus infeksiyası pandemiyasının başlandığı müddətdən ilk dəfə olaraq milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” QSC (AZAL) iyunun 18-dən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə müntəzəm daxili reysləri bərpa edir.
QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qeyd edilən reyslərə 2-ci terminalda xidmət göstərilir.