Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beş ayda 9,6 min tonadək bitki və heyvan mənşəli piylər və yağları ixrac olunub

19.06.2020 [22:43]

Bu ilin ilk 5 ayında 9,6 min tonadək bitki və heyvan mənşəli piy və yağ ixrac edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, qeyd edilən dövrdə ixrac edilən piy və yağların dəyəri 9,6 milyon ABŞ dolları olub.