İQTİSADİYYAT


Sovet istehsalı olan avtomobillərin qiyməti ucuzlaşıb

Qərb bölgəsində iki maşın bazarı var. Biri Gəncədə, digəri isə Tovuzda yerləşir.
Maşın bazarındakı durğunluq əsasən xarici ölkə istehsalı olan avtomobillərin satışında özünü göstərir. Dünyada, o cümlədən ölkəmizdə yayılan pandemiya da avtomobil satışına mənfi təsir göstərir. Alıcılar əsasən “VAZ” markalı avtomobillərə üstünlük verirlər.