İQTİSADİYYAT


Cəlilabadlı taxılçıların hədəfi 210 min tondan çox məhsul tədarük etməkdir

Qədim əkinçilik ənənələrinə malik Cəlilabad rayonunun taxılçılarının əməyi sayəsində bu il də zəmilərdə bol məhsul yetişdiriblər. Təsərrüfat sahiblərinin builki hədəfi taxıl biçinindən 210 min tondan artıq taxıl tədarük etməkdir.
AZƏRTAC xəbər verir ki, aqrar sahəyə göstərilən dövlət dəstəyi ölkəmizin hər yerində olduğu kimi, iri taxılçılıq rayonu kimi tanınan Cəlilabadda da ilbəil uğurların əldə olunmasına stimul verir. 2019-cu ilin payızında 63 min 887 hektar sahədə taxıl əkini həyata keçirilib ki, onun da 54 min 979 hektarını buğda, 4608 hektarını arpa, 4300 hektarını vələmir təşkil edib.