Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beyləqanda sınaq üçün xarici sort qarğıdalı toxumları əkilir

23.06.2020 [12:37]

Xəbərin mətni

Beyləqanda sınaq üçün xarici sort qarğıdalı toxumları əkilir. Məqsəd yerli iqlimə uyğun qarğıdalı sortunu müəyyənləşdirmək və məhsuldarlığı artırmaqdır.
AZƏRTAC xəbər verir k, dörd növdən ibarət xarici sort toxumlar Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən əkilir. Mərkəzin direktoru Mirağa Kazımov bildirib ki, əkin üçün 20 hektar sahə ayrılıb. Artıq səpinə start verilib. Əkiləcək toxumların 2-si Rusiya, 2-si isə Türkiyədən gətirilib.