İQTİSADİYYAT


Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun bərpası davam edir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, respublika əhəmiyyətli avtomobil yolunun uzunluğu 60 kilometrdir. Layihə üzrə mövcud yol oxu saxlanılmaqla yolun II texniki dərəcəyə təkmilləşdirilməsi işləri aparılır. Yolun ümumi eni 15 metrdir, buraya 7,5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3,75 metr enində çiyinlər daxildir. Layihə çərçivəsində yolboyu mobilizasiya işləri aparılıb, tikinti sahəsi təmizlənib, yeni yol yatağı inşa olunub. Torpaq işlərinin ardınca yol əsasının inşasına başlanılıb. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, 60 kilometrlik yolboyu 3 avtomobil körpüsünün inşası nəzərdə tutulur ki, bu çərçivədə də işlər yekunlaşdırılır. Yolun 3.7-ci kilometrində Araz çayı üzərində yerləşən 230 metr uzunluğunda olan mövcud avtomobil körpüsü isə təmir olunaraq gücləndirilir.