İQTİSADİYYAT


Lisenziyası ləğv olunan 4 bankın əmanət portfeli açıqlanıb

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev iyunun 25-də keçirdiyi mətbuat konfrasında “Amrah Bank”da sığortalı əmanətlərin sayının 17 min nəfər olduğunu bildirib. Bu əmanətçilər üzrə 144,9 milyon manatlıq kompensasiya ödənməsi nəzərdə tutulur. “Ata Bank”da 25,6 min nəfər əmanətçi sayı var. Ümumi 254,4 milyon manat kompensasiya ödəniləcək.