İQTİSADİYYAT


“Yalama Aqropark”da 259 hektar sahədə dənlik və silosluq qarğıdalı əkilib

Bu il “Yalama Aqropark”da 159 hektar dənlik, 100 hektar sahədə isə silosluq qarğıdalı əkini aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avqustun ikinci yarısından silosluq, sentyabrın 15-dən isə dənlik qarğıdalının toplanmasına başlanılacaq. Əldə olunan məhsul aqroparkdakı heyvandarlıq təsərrüfatlarının əsas qaba yem komponenti ilə təmin olunmasında istifadə olunacaq.