İQTİSADİYYAT


Yeni nəsil kombaynlar dağlıq zonalarda da taxılçılıq təsərrüfatlarını inkişaf etdirməyə imkan yaradacaq

Bu il respublika ərazisində (Naxçıvan MR istisna olmaqla) 973749,35 hektar taxıl sahəsi mövcuddur ki, bunun 613460,35 hektarı buğda, 360289 hektarı isə arpa sahəsidir. Ölkə üzrə biçinə, ümumilikdə, 1700-dən çox taxılbiçən kombayn cəlb edilib. Bunun 700-dən çoxu “Aqrolizinq” ASC-yə məxsus olan, 990 ədədi isə fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin istifadəsində olan texnikalardır. Ötən il olduğu kimi, bu il də “Aqrolizinq” ASC tərəfindən əvvəlcə 50 hektara qədər olan taxıl sahələri biçilir. Biçin qiymətləri də ötənilki kimi qalır, yəni, 1 hektar taxıl sahəsi üçün biçin qiymətinin yuxarı həddi 38 manatdır.