Bu il Astarada arı ailələrinin sayında 5 min artım qeydə alınıb
27.06.2020 [16:58]
Xəbərin mətni
Astarada bu ilin ilk bal süzümünə başlanılıb. Cənub bölgəsində ən iri arıçılıq təsərrüfatları bu rayonun payına düşür. Hazırda rayonda 1300-dən çox arıçının təsərrüfatında 30 minə yaxın arı ailəsi var.
AZƏRTAC xəbər verir ki, Astaranın dağlıq kəndlərində əhali əsasən arıçılıqla məşğuldur. Rayonda daha çox arı təsərrüfatının olduğu kəndlərdən biri də Miki kəndidir. Miki kəndi dəniz səviyyəsindən 1100 metr hündürlükdə yerləşir.