İQTİSADİYYAT


Mingəçevirdə dörd yaşayış massivində 11,9 kilometr yol yenidən qurulub

Azərbaycan Dövlət Avtomobil Yolları Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, layihəyə uyğun olaraq, yolların mövcud örtüyü sökülərək kənara daşınıb, deformasiyaya uğramış hissələr qazılaraq çıxarılıb, karxana qruntu ilə əks-dolğu işləri görülüb və kipləşdirilib, torpaq yataqları avtoqreyderlə profilə salınıb, əsasın tikintisi işləri görülüb, yeni suötürücü borular inşa olunub.