İQTİSADİYYAT


Bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır

İyunun 30-dan etibarən bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır. “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, bu qərar sərnişin sayının azalması ilə əlaqədar qəbul olunub. Bakıdan saat 16:20-də yola düşən Bakı-Pirşağı-Sumqayıt qatarı, Bakıdan saat 18:55-də yola düşən Bakı-Xırdalan-Sumqayıt qatarı, Sumqayıtdan saat 17:13-də yola düşən Sumqayıt-Xırdalan-Bakı qatarı və Sumqayıtdan saat 20:43-də yola düşən Sumqayıt-Xırdalan-Bakı qatarının hərəkəti müvəqqəti dayandırılır.