İQTİSADİYYAT


İlk yerli kombayn test edildi

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti (ASC) taxıl biçini dövründə fermer və sahibkarların kombayna yaranan tələbatını ödəmək məqsədi ilə yeni bir layihəyə start verib. Belə ki, Gəncə Avtomobil Zavodunda yeni kombaynların yığılması həyata keçirilir. Ötən gün ilk belə kombaynlardan biri Oğuz rayonunda test sınaqlarından keçirilib.