İqtisadiyyat Nazirliyi sahibkarlar üçün yeni platforma təqdim edib
30.06.2020 [14:11]
İqtisadiyyat Nazirliyi sahibkarlar üçün yeni platforma təqdim edib. Platforma vasitəsilə sahibkarlar iki banka müraciət etmək imkanı əldə edəcəklər.
Platforma pandemiyadan zərər çəkən şəxslər üçün güzəştli kredit təklif edir, sahibkarlar 3 mln. manat məbləğə qədər kredit götürə bilərlər. Kredit üzrə 12 ay güzəşt müəyyən edilib. Platforma sahibkarın müraciətini daha da asanlaşdıracaq.